Baş səhifə   » ERMƏNİ HƏQİQƏTLƏRİ    » Marağa abidəsi   

Marağa abidəsi

  



Rusiya-İran və Rusiya-Türkiyə müharibələrində qalib gələn Rusiya dövləti ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsini təşkil etdi. Ermənilər Azərbaycanın qədim Qarabağ bölgəsinin dağlıq hissəsinə daha çox köçürüldülər. Bu hadisələr barədə təkzibedilməz sübutlar vardır. Bunların ən tutarlılarından biri 1978-ci il ildə Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndində İrandan ilk 200 ailənin (erməni ailəsinin) köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış abidədir. Bu abidə hal-hazırda ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Çünki bu abidə onların bütün yalanlarını üzə çıxarırdı.  
Ermənilərin gəlmə olduqları haqqında N. Adons, M. Abeqyan, İ. Şopen, F. Lenorman, S. Qlinka, N. Şavrovun da maraqlı fikirləri vardır.

N. Şavrov qeyd edir ki, Qafqazda olan 1 milyon  300 min ermənidən 1 milyonu gəlmədir. Nəzərə alaq ki, Qarabağda xristian dininə qulluq edən albanların erməniləşməsi də ermənilərin say tərkibinə təsir etmişdir. Ümumiyyətlə, ermənilər nə qədər tarixi saxtalaşdırsalar da tarixi qaynaqlara arxalanaraq onların gəlmə olduqlarını qəbul edənlər artmaqdadır. Feliks Tsertvadze "Unudulmuş soyqırım" kitabında qeyd edir ki, ermənilər Fransaya, Argentinaya necə gəlmədirlərsə, eləcədə Qafqaza gəlmədilər. Ancaq bütün bunlara baxmayaraq onlar dünya qarşısında özlərini aborigen əhali kimi qələmə verirlər. Azərbaycanlılara qarşı soyqırım törətdikləri halda, özlərini soyqırıma məruz qalmış xalq kimi tanıtmağa cəhd göstərirlər. Qeyd etmək yerinə düşər ki, "böyük güclər" ermənilərə bu işlərdə həmişə yardımcı olmuşlar.
Azərbaycan torpaqlarının hissə-hissə bölünüb ermənilərə verilməsi ənənəsi çar Rusiyasının varisi olan Sovet hakimiyyəti dövründə də ardıcıl davam etmışdir. Təkcə XX əsrin 1-ci rübündə Azərbaycan torpaqlarının 30%-i Ermənistana verilmişdir. Ermənilər üçün Azərbaycan torpaqlarında dövlət yaradılmış, azərbaycanlıların kütləvi surətdə məhv edilməsinə rəvac verilmişdir.



Oxunub: 57896