Baş səhifə
» COĞRAFİYA
» Təbii ehtiyatlar
Təbii ehtiyatlarŞuşa rayonunda Şuşa üzlük daşı, Keçəldağ (Lisoqor) gil, Şuşa yeraltı şirin su, müalicəvi əhəmiyyətinə görə məşhur Essentuki suyundan geri qalmayan Şırlan və Turşsu mineral su yataqları vardır. Xocalı rayonu ərazisində Zərinbağ və Ağçay üzlük daşı, Şuşa əhəng daşı, Xocalı gil, Xankəndi (Əsgəran qrupu) qum-çınqıl qarışığı və Xankəndi yeraltı şirin su yataqları mövcuddur. Xocavənd rayonu ərazisində Ediş qabbro üzlük daşı, Xocavənd əhəng daşı və yeraltı şirin su yataqları vardır.
Ağdərə rayonunda zəngin Qızılbulaq qızıl və mis, Mehmana qurğuşun, sink, Dəmirli mis, Canyataq-Gülyataq qızıl, Ağdərə, Şorbulaq-I, Şorbulaq-II mişar daşı və Ağdərə gəc, həmçinin də əhəng daşı və gips yataqları vardır. Ağdərə şirin yeraltı su ehtiyatları həmin ərazidə aşkar edilmişdir. Ağdam rayonunda mişar daşı istehsalına yararlı Şahbulaq əhəngdaşı yatağı; sement istehsalına yararlı Çobandağ əhəngdaşı, Boyəhmədli gil və Şorbulaq gil yataqları; üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı; kərpic istehsalına yararlı Ağdam gil yatağı; 2 qum-çınqıl qarışığı yatağı (Xaçınçay və Qarqarçay) ermənilər tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır.
|