Baş səhifə
» MÜNAQİŞƏ ATƏT-də
» ATƏT sənəd 29 noyabr 2009
ATƏT sənəd 29 noyabr 2009ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı Minsk Qrupu Həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi barədə birgə rəsmi açıqlaması Afina, 29 noyabr 2009-cu il ATƏT Nazirlər Şurasının 2007-ci il noyabrın 29-da Madriddəki toplantısı ərəfəsində ABŞ dövlət katibinin müavini Nikolas Berns, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Bernard Kuşner Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdülər. Elmar Məmmədyarov və Vardan Oskanyanla görüşlərdə məqsəd ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olmaq üçün siyasi səviyyədə dəstəyini nümayiş etdirmək idi. Görüşdə ABŞ, Fransa və Rusiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəzi Əsas Prinsipləri Azərbaycan və Ermənistan prezidentlərinə çatdırmaq üçün xarici işlər nazirlərinə təqdim etdilər.Qeyd olundu ki, ötən üç il ərzində Həmsədr ölkələrin vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib, bununla belə bir sıra ziddiyətlər qalmaqdadır. Həmsədr ölkələrin təmsilçiləri adından bu gün tərəflərə təqdim edilmiş həmin Əsas Prinsiplər bu fikir ayrılıqlarının sadə və konstruktiv həll yollarını özündə əks etdirir. Münaqişə tərəfləri danışıqların cari mərhələsini tezliklə başa çatdırmağa və mümkün qədər tez bir vaxtda əsas sülh sazişi üzərində işə başlamağa israrla çağırıldı.
|