Baş səhifə
» XOCALI SOYQIRIMI
» Xocalı soyqrımı xarici mətbuatda
Xocalı soyqrımı xarici mətbuatdaXocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlar: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”. “Krua l'Eveneman” jurnalı (Paris), 29 fevral 1992-ci il. “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” “Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il. “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”. “Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il. “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. “Tayms” qəzeti (London), 4 mart 1992-ci il. “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”. “İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il. “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər” “Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il. “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. “İzvestiya” (Moskva), 13 mart 1992-ci il. “Bu regionda erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. “Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il. “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti hadisə yerində olub və xəbər verib.
|