Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 29 iyul 1993   

BMT TŞ sənəd 29 iyul 1993

  


Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək;
tərəflərin 822 saylı Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq;
hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;
1) Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləyir;
2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarının bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;
3) Bütün hərbi əməliyyatların təxirəsalınmazdan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını tələb edir;
4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;
5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvvəlki iqtisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağırışlarını bir daha təsdiq edir;
6) ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yönəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;
7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;
8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qrupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş birbaşa əlaqələri davam etməyə çağırır;
9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qrupunun təkliflərini qəbul eləməsinə çağırır.
Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirilməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təchiz etməkdən çəkinməyə çağırır.
10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;
11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maneəsiz təmin olunmasına etməyinə bir daha çağırır;
12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;
13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;
14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Qətnamə Təhlükəsizlik Şurasının 3259 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.



Oxunub: 11972