Baş səhifə   » MÜNAQİŞƏ AŞ-də    » AŞPA tövsiyə 2005   

AŞPA tövsiyə 2005

  


ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə
1690 (2005) saylı Tövsiyə

Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416
(2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:
I. xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi
qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853
(1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırsın;
II. Azərbaycan və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in
Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitorinqini aparsın və monitorinqin
nəticələri barədə Assambleyaya hesabat versin;
III. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişənin dinc yolla həll olunması
üçün üzv dövlətlər tərəfindən göstərilən səylər barədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT
Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinin ziddinə olaraq üzv dövlətlərin münaqişənin
intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından
çəkinib-çəkinməmələri də öz əksini tapsın;
IV. Dağlıq Qarabağ münaqişəsi haqqında özünün 1251 (1994) saylı tövsiyəsini xatırladaraq, Azərbaycan
və Ermənistanın istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdirilməsinə köməklik
məqsədilə ekspertləri onların sərəncamına versin;
V. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vəsait
ayırsın;
VI. hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışıq
məqsədi güdən xüsusi treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;
VII. xüsusilə təhsil müəssisələri və ictimai KİV-ə dair İrqçilik və dözümsüzlüyə qarşı Avropa
Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vəsait ayırsın;
VIII. Səlahiyyətli rəhbər komitələri təlimatlandırsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına
dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasında münaqişələrin aradan qaldırılmasının
müasir tələblərini nə dərəcədə əks etdirməsi və Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh
yolu ilə həll olunması üçün adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin
edilməsi ilə bağlı təhlil aparsın;
IX. iki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) saylı qətnaməni nəzərə alsın;
X. 1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli və beynəlxalq səviyyədə dəstəklənməsi
məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.



Oxunub: 11827