Baş səhifə   » MƏTBƏX    » Qarabağ mətbəxi haqqında   

Qarabağ mətbəxi haqqında

  



Azərbaycan kulinariya mədəniyyətinin ilk ocaqlarından biri olan Qarabağ mətbəxi dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə Şərq mətbəxinə daha çox yaxındır.
Sovet dövründən başlayaraq 15 ən məşhur yemək adı Azərbaycan mətbəxindən oğurlanaraq erməniləşdirilmişdir. Bu yeməklərin yarıdan çoxu Qarabağ mətbəxindəndir.
Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız – bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində qurudulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadı olunur və çərəz kimi süfərəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir. Ümumiyyətlə, Qarabağ mətbəxi çox zəngindir və müasir erməni mətbəxinin əsasıdır.



Oxunub: 18517