Baş səhifə   » DÖVLƏT SİYASƏTİ    » Prezidentin Qarabağla bağlı görüşlərinin xronologiyası   

Prezidentin Qarabağla bağlı görüşlərinin xronologiyası

  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan rəhbərliyi ilə dəfələrlə görüşmüşdür. Təkbətək və çoxtərəfli formatda baş tutan bu görüşlərin hamısında Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qətiyyətlə bildirmişdir. Həmin görüşlərin xronologiyası belədir: 

11.12.2003-cü il: 
- Cenevrədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Respublikasının prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

28.04.2004-cü il:
- Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşü olmuşdur. Təkbətək görüşdən sonra prezident İlham Əliyev bəyanatla çıxış etmişdir.
 
15.09.2004-cü il: 
- Astanada Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan və Minsk qrupu həmsədrləri  – Yuri Merzlyakov, Stiven Mənn, Anri Jakolən ilə görüşmüşdür. Sonra Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüş olmuşdur. Astanaya səfər prezident İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə üçtərəfli görüşü ilə başa çatmışdır və sonda prezidentlər bəyanatla çıxış etmişlər.

15.05.2005-ci il:
- Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

27.08.2005-ci il: 
- Kazanda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

10.02.2006-cı il: 
- Paris yaxınlığındakı Rambuye sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü olmuşdur.

11.02.2006-cı il:
- Paris yaxınlığındakı Rambuye sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşü olmuşdur.

04.05.2006-cı il: 
- Buxarestdə Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

28.11.2006-cı il: 
- Minskdə Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

09.06.2007-ci il: 
- Sankt-Peterburqun "Konqreslər sarayı" dövlət kompleksinin "Baltik  ulduzu" mehmanxanasında Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

06.06.2008-ci il:
- Sankt-Peterburqda Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşdür.

02.11.2008-ci il: 
- Moskvada, Rusiya Prezidentinin iqamətgahında  – "Mayn Dorf" qəsrində Prezident İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür.
- Moskvada, Rusiya Prezidentinin iqamətgahında  – "Mayn Dorf" qəsrində Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə danışıqları üçtərəfli formatda davam etdirmişdir. Danışıqların yekunu olaraq bəyannamə imzalamışdır.

28.01.2009-cu il:
- İsveçrənin Sürix şəhərində Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşmüşdür.

07.05.2009-cu il: 
- Praqada, ABŞ səfirliyinin iqamətgahında Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşmüşdür.

04.06.2009-cu il:
- Sankt-Peterburqda Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Sonra Ermənistan prezidenti Serj Sarkisyan ilə təkbətək görüş olmuşdur.

17.07.2009-cu il: 
- Moskvada Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur

18.07.2009-cu il: 
- Moskvada Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüşü olmuşdur.

09.10.2009-cu il:
- Kişinyovda Prezident İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.

25.01.2010-cu il: 
- Prezident İlham Əliyev Soçinin “Adler” Beynəlxalq hava limanında Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanla görüşmüşdür. Daha sonra Rusiya  Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüş olmuşdur.

17.06.2010-cu il: 
- Prezident İlham Əliyevin Sankt-Peterburqda,  “Konstantinovski” sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.

27.10.2010-cu il: 
- Həştərxanda Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.

05.03.2011-ci il: 
- Soçidə “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüşü olmuşdur. Üçtərəfli görüşündən sonra dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa  əsasən birgə bəyanat qəbul etmişlər.

24.06.2011-ci il: 
- Prezident İlham Əliyevin  Kazan Kremlində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Sonda dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına  əsasən bəyanat qəbul etmişlər.

23.01.2012-ci il:
- Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına  əsasən bəyanat qəbul etmişlər. Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər



Oxunub: 28619