Baş səhifə   » İDMAN    » Qarabağda futbol   

Qarabağda futbol

  



Ağdamın futbol klubları
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idman təşkilatları II Dünya müharibəsindən sonra yaranmışdır. Futbol komandaları isə əsasən XX əsrin 50-ci illərində təşkil edilmişdir. 
Ağdam rayonunda futbol komandası 1951-ci ildə yaradılıb. Hazırkı “Qarabağ” klubunun tarixi də bu ildən hesablanır. 
Rayonun yığma komandası vaxtilə Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ardınca Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutmuşdur. 
1966-ci il Azərbaycan SSR daxili birinciliyində “Məhsul” adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dayandırmışdır. 70-ci illərin sonunda bərpa olunaraq bu dəfə “Şəfəq” və “Kooperativ” adı daşıyıb. 
Ağdam futbol tarixində “Qarabağ” komandasının xüsusi yeri var. Ermənistanın işğalından sonra ağır maliyyə və infrastruktur çətinliyinə baxmayaraq Ağdam futbolçuları 1993-cü ildə ilk titullarını qazanmışlar. Həmin ildə “Qarabağ” müstəqil Azərbaycanın ikinci milli çempionatının qızıl medallarına və ölkə kubokluna yiyələnmişdir. Eyni naliyyəti 1997-ci ildə də təkrarlayan klub 1999-cu ildə Avropa Kuboklarında mərhələ adlayan ilk Azərbaycan klubu kimi adını tarixə yazdırır (UEFA İnterToto kuboku çərçivəsində İsrailin güclü “Makkabi Hayfa” klubunu məğlub etmişdir). 
 “Qarabağ” 2009-cu ildən sonra bir çox ev oyunlarını Ağdamın Azərbaycanın nəzarəti altında olan Quzanlı qəsəbəsi Olimpiya Kompleksinin stadionunda keçirir. Hazırda “Qarabağ” futbol klubu Azərbaycan preymer liqasında ən güclü klublarından biridir. Avro Kuboklarda Azərbaycanı və onun Dağlıq Qarabağ bölgəsini layiqincə təmsil edir.  
Müxtəlif illərdə Ağdam futbolunun şərəfini aşağıdakı idmançılar qorumuşdur: Hüseyin Əhmədov, Nizami Qurbanov, Rasim Quliyev, Elxan Quliyev, Allahverdi Bağırov, Adil Əsgərov, Elbrus Abbasov, Adil Nadirov, Nazim Mehdiyev, Şahin Rüstəmov, Sərdar Abbasov, Vaqif Hüseynov, Rasim Məmmədov, Ramiz Şahmmədov, İsrafil Əliyev, Səttar Əliyev, Nizami Əliyev, Yaşar Hüseynov, Ənvər Aundov,Müşfiq Hüseynov, Cəmaləddin Əliyev, Təbriz Həsənov.

“Şuşa”(Şuşa) futbol klubu 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə muxtariyyət verilməsindən sonra digər sahələrdə olduğu kimi azərbaycanlıların daha sıx yaşadığı Şuşada da bədən tərbiyəsi və idmanın inkişafına şərait yaradılmamışdır. Həmin dövrdə Şuşa kimi bir şəhərdə bir dənə də olsun idman meydançası, üzgüçülük hovuzu, güləş zalı, stadion və s. idman bazası olmamışdır. Şuşada hər hansı bir idman növü üzrə birincilik keçirilməmişdir. Əldə olunan bütün nailiyyətlər yalnız gənclərin və idmançıların öz bacarığı hesabına əldə edilmişdir.
Ermənistanın işğalından sonra da şuşalı idmançılar Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyətlərini davam etdirirlər. 
2009-cu ilin iyun ayında “Şuşa 09” (burada “09” klubun yarandığı ilin göstəricisidi) futbol klubu təsis edilmişdir. 2010-cu ilin sentyabrında komandanın adı dəyişdirilərək “Şuşa” adlandırılmışdır. 
“Şuşa” futbol klubu 2010-2011-ci il mövsümündən Azərbaycanın milli futbol çempionatının I liqasında mübarizə aparır. 
 “Şuşa” komandasının müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşir, klub ev oyunlarını da orada keçirir.

“Qarabağ”(Xankəndi) futbol klubu
“Qarabağ” futbol klubu 1927-ci ildə Xankəndi şəhərində yaradılmışdır. İlk adı “Dinamo” olmuşdur. 1974-cü ildən “Qarabağ” adlandırılıb. 1977-ci ildə futbol üzrə Azərbaycan SSR çempionatının qalibi olub. 1950 və 1986-cı illərdə SSRİ Kuboku yarışlarında iştirak edib. 
Sonradana bölgənin erməni icması bu klubu haqsız olaraq tamamilə erməniləşdirərək, azərbaycanlıların komandada oynamasına qadağa qoymuşlar.



Oxunub: 14108