Baş səhifə   » ZİYALILAR    » Pedaqoqlar   

Pedaqoqlar

  


Mirzə Həsən bəy (1791-1840)  
Mırzə Həsən bəy (Mirzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov) Şuşa şəhərində dünyaya gəlib. Ərəb, fars və rus dillərini bilib. Şәki xanlığına gedib vә orada Nuxa şәhәrindә yeni açılmış rus dәftәrxanasında işləyib. Müəllimlik edib.

Mir Mehdi Xəzani (1819-1894) 
Mir Mehdi Xəzani Qarabağın Bərgüşad mahalının (indiki Xocavənd) Məmər kəndində anadan olub. O əsasən indiki Xocavənd rayonun kəndlərində müəllimlik edib. Öz ana dilini dərindən sevən M.Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirib. M.Mehdi tarixçi və şair idi. Onun yaradıcılığında ən əsas yeri “Kitabi-tarixi-Qarabağ” tutur. 

Xarrat Qulu (1823-1883)
Xarrat Qulu Şuşa şəhərində yaşayıb. XIX əsrin 70-ci illərində Şuşada musiqi məktəbinin ilk yaradıcısı Xarrat Qulu olub. O, klassik xalq musiqisini mükəmməl bilib və həm də şerlər yazıb. X.Qulu gözəl səsə malik olub. Dini məqsəd daşımasına baxmayaraq haqqında bəhs olunan məclis Azərbaycanda xanəndəlik və instrumental musiqinin inkişafında müəyyən yer tutub. Həmin məclislərdən Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Əbdül Baği Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd kimi sənətkarlar yetişib. 

Mir Möhsün Nəvvab Qarabaği (1833-1918)
Nəvvab Qarabaği Azərbaycanın Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, xəttat, musiqişünas və ensiklopedik alimi olub. N.Qarabaği indi ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. 

Həsənəli Xan Qaradaği (1848-1929)
Həsənəli Xan Qaradaği Şuşada anadan olub. O, Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat və teatr xadimi olub. 

Fərhad bəy Rüstəm bəy oğlu Vəzirov (1853-1912)
Fərhad bəy Vəzirov Şuşa şəhərində doğulub. Şuşa rus-tatar məktəbini bitirib. Şuşa şəhərində tərcüməçi və pristav köməkçisi işləyib. O, təqaüdə çıxandan sonra şəxsi mülkiyyəti olan Bərdə rayonunun Zümürxaç kəndində kənd təsərrüfatı ilə məşğul olaraq burada kənd məktəbi açıb. Müəllimlik edib.

Mirzə Bəşir Yusifzadə (1868-?)
Müəllim və ruhani Mirzə Bəşir Yusifzadə (Mirzə Аbbаs оğlu) Şuşa şəhərində dоğulub. O, Şuşada Niкоlаyеvsк Türk-Rus Məкtəbinin müəllimi оlub. 1898-ci ildə şəhər müsəlman cəmiyyətinin xahişi ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu hüququ adı verilib.

Hüseynəli bəy Rüstəmbəyov (1878-?)
Pedaqoq Hüseynəli bəy Rüstəmbəyov Şuşada anadan olub. Şuşa Real məktəbində oxuyub. İrəvan müəllimlər seminariyasını bitirib. H.Rüstəmbəyov 19 sentyabr 1895-ci idə Şuşada III dərəcəli xüsusi məktəb açıb. İki sinifdən ibarət olan bu tipli məktəblərdə təhsil alan şagirdlər iki il ərzində, mükəmməl olaraq, Azərbaycan və rus dillərinə yiyələniblər.

Xosrov Mirzəli oğlu Axundzadə (1889-1960) 
Xosrov Axundzadə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 
X.Axundzadə 1906-cı ildən 1913-cü ilə kimi Şuşa “Nərimaniyyə”, “Nəşri-maarif” və s. məktəblərdə müəllim işləyib. 1913-1917-ci illərdə Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir. 1920-ci ildə Şuşada “Haşimiyyə” məktəbinin təşkilində onun da xidməti olub. 
O, 54 il ədəbi yaradıcılıqla məşğul olaraq, ədəbiyyat aləmində “Şaiq” təxəllüsü ilə tanınmışdır. 

Fəridə Şamil qızı Vəzirova (1921-1986)
Fəridə Vəzirova Qaryagin (indiki Füzuli) rayonunun Sərdarlı kəndində anadan оlub. 1942-ci ildə kоmsоmоlun çağırışı ilə könüllü оlaraq оrduya getmiş, döyüşən оrduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərib. Ordudan tərxis оlunduqdan sоnra təhsilini davam etdirib. BDU-nun filоlоlgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dоsent, sоnra isə prоfessоr оlmuşdur. 

Firudin Məhəmməd oğlu Şuşinski (Həsənov) (1925-)
Firudin Şuşinski Şuşa şəhərində anadan olub. O, müəllim, musiqişünas və alim olub. F.Şuşinski orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 
Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas ömrünün sonunadək musiqi sahəsini araşdırıb. O, musiqişünas alim kimi bir-çox kitabların müəllifi olub. 

Səfərəli bəy Vəlibəyov (1856-1902)
Səfərəli bəy Vəlibəyov Şuşada anadan olub. O, maarif xadimi və pedaqoq olub. S.Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin görkəmli simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər gimnaziyasını bitirən ilk üç azərbaycanlıdan biri olub. S.Vəlibəyov ömrünün 18 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində o, onlarla istedadlı gənc yetişdirmişdir.



Oxunub: 68027