Baş səhifə   » MÜNAQİŞƏ AŞ-də    » AŞPA sənəd 1994   

AŞPA sənəd 1994

  


Avropa Şurası Parlament Assambleyasının tövsiyəsi № 1251
(1994)

1. Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000
insanın ölməsi və bir milyondan artıq qaçqının olması ilə nəticələnmişdir.
2. Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistan və
Azərbaycanın Parlamentləri, “Dağlıq Qarabağın rəhbərliyi” və “Dağlıq Qarabağın maraqlı Azərbaycan
tərəfi”nin nümayəndələrinin qatıldığı dinləmələr silsiləsini təşkil etmişdir.
3. Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı riayət
olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı sülh sazişi ilə
nəticələnəcək.
4. O, müharibə edən tərəflərin sülh sazişini imzalamağa həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu,
BMT Təhlükəsizlik Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası Assambleyasının
səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistan və Azərbaycanın Müdafiə nazirləri və Dağlıq Qarabağ
ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır.
5. Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:
a. Avropa Şurasının üzv dövlətlərinin hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə
müharibə zonasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi vasitələri ona təqdim etməyə çağırsın;
b. Ermənistan və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa etsin;
c. şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarını Ermənistan və Azərbaycanın üzünə açsın və,
əgər bu tərəflər istəsələr, Dağlıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə biləcək ekspertləri
onların öhdəliyinə təqdim etsin.




Oxunub: 19138