Baş səhifə   » HAQQIMIZDA    » Suallar və arzular   

Suallar və arzular

Ünvan: Azərbaycan, Bakı, Plotnikov 21-a., mən., 47. AZ1007
Tel: (+99 412) 4406539 
Faks: (+99 412) 4412590
E-mail: info@azerbaijans.com
Adınız:
E-poçtunuz
Sual və arzunuz:
Dadaş Alışov
Hörmətli İlham müəllim.Çox istərdim ki Vətənimizin sizin kimi qeyrətli,vətənpərvər oğulları günü gündən çoxalsın,insanların maariflənməsində,dünyagörüşlərinin artmasında əllərindən gələni etsinlər.Sizin bu sayt yalnız özündə Qarabağla bağlı məlumatları əks elətdirmir.Bu sayt həmçinin igid bir azəri oğlunun vətən sevgisini,Qarabağ həsrətini özündə səciyyələndirir.Bu hissləri saytın hər bir bölməsində duymaq olar.Hər bölməyə daxil olarkən sizin bu bölmələr üzərində çəkdiyiniz əziyyətlər hiss olunur.Vətən qarşısında bu xidmətlərinizə görə bu xalq sizi unutmaz
Sərdar Abdullayev
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı yeniyetmə və gənc nəslin də maariflənməsində bu saytın xüsusi xidməti olacağına inanıram.Bu gün internet inkişaf etdikcə insanlar informasiyanı kitablardan deyil, məhz internetdən alırlar. Buna görə də düşünürəm ki, gördüyünüz bu iş təqdirə layiqdir və sizlərə dəstək olmalıyıq ki daha gözəl işlər görəsiniz!
Nazilə Hüsiyeva
Kaş bugün müharibə əmri verilərdi.Bir azəri qızı kimi söz verirəm ki cəbhəyə ilk gedən könüllülərdən biri də mən olardım
Vüqar Əjdərov
Böyük bir kollektivin çəkdiyi əziyyət məncə özünü doğruldub bu saytda.Hamınıza uğurlar
Araz Quliyev
Qarabağla bağlı daha bir sayt!Deyərdim ki indiyə kimi bu mövzuda işlənilmiş ən uğurlu proyektdir.Bu sayta nəzər yetirərkən insanda vətənpərvəlik hisləriyenidən alovlanır.Bu sahədə işlərinizi daha da davam etdirməyinizi və yeni yeni bölmələrin işlənməsini bir vətəndaş kimi xahiş eləyərdim sizdən.Çox sağolun!!!
İlkin Məmmədov
Ermeni yalanlarina qarsi Azerbaycan terefinden ortaya qoyulmus cox ehateli bir saytddir. Dusunurem ki, bu cur saytin olmasi bizim haqli sesimizi dunyaya catdirmaqda yardimci olacaqdir. İslerinizde uqurlar!
Orxan Salmanov
Salam, AzerbaijansCOm un dəyərli kollektivi. Azerbaycan gənci olaraq sizləri təbrik edirəm ki, belə bir resurs yaratmısınız. Biz xaricdə təhsil alan tələbələr də bu resursdan bəhrələnərək vətənizimizin həqiqətlərini təblig edirik. Orxan Salmanov
Sevda
Qarabağ haqqında hər bi məlumatın və xüsusilə də filmlərin yerləşdirilməsi hər kəsə xoş təsir edir. digər saytlarınızda da baş verən dinamikliyin bu saytda da davam edəcəyinə əminlik hissim güclüdür. sizin hər birinizə dərin təşəkkürümü bildirir və gələcəkdə də daha maraqlı layihələrlə reallıqlarımızı beynəlxalq aləmə çatdıracağınıza əminik. Sevda (Sverdlovsk)
Əhməd
son dövrlər Qarabağ haqda və münaqişə barədə ən çox məsləhət görülən sayt kimi bu saytı göstərmələri məndə də maraq doğurdu. inanıram ki gələcəkdə də saytınız daha inkişaf edəcək və dünyaya 7 dildə həqiqətlərimizi çatdırmaqla ən böyük xidmət etmiş olacaqdır. TƏŞƏKKÜRLƏR!!!! Əhməd Saniyev (Berlin)
Rahib
Mən Qarabağ münaqişəsi haqda məlumat axtararkən sizin saytınıza rast gəldim. bu münaqişə ilə bağlı istənilən məlumatı tapa bildim bu saytda. inanıram ki məlumatlar yeniləndikcə sizin saytınızda öz əksini tapacaq və gələcəkdə də bu sayt da digər saytınız - AZERBAİJANS.COM kimi dinamik və daima inkişaf edən olacaqdır. Rahib Əliyev (Minsk)


1 / 38