Baş səhifə
» ERMƏNİ TERRORU
» Ermənilərin törətdiyi terror aktları
Ermənilərin törətdiyi terror aktlarıErmənilərin nəinki Azərbaycanın Qarabağ bölgəsində, ümumilikdə Azərbaycan ərazisində törətdikləri terror aktlarının miqyası çox genişdir. Bunu aydın təsəvvür etmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir: Sərnişin avtobuslarında törədilmiş terror aktları 1. 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır. 2. 16 sentyabr 1989-cu il - Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 3. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Terrorçuları həbs etmək mümkün olmamışdır. 4. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S. Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir. (1993-99- cu illərdə qondarma DQR-in müdafiə naziri olmuş, hazırda o, prezident A. Qukasyana qarşı suiqəsddə təqsirli bilinir). 5. 10 avqust 1990-cı ildə «Şamxor-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. 6. 10 avqust 1990-cı il - Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Мixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunmuş, 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir. 7. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır. 8. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. 9. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır; - Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur; Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər. Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar) Yaralananlar: 132 nəfər Sərnişin və yük qatarlarında törədilmiş terror aktları 1990-1994-cü illərdə ermənilər sərnişin və yük qatarlarında 10 terror aktları törətmişlər: 24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-cü km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. 31 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Cinayətkarı müəyyən etmək mümkün olmamışdır. 30 may 1991-ci ildə Dağıstanın Xasavyurt stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər ağır yaralanmışdır. 31 iyun 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər ağır yaralanmışdır. 28 fevral 1993-cü il - Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. 2 iyun 1993-cü il - Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan yoxdur. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir. 1 fevral 1994-cü ildə - Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. Həlak olanlar: 74 nəfər Yaralananlar: 125 nəfər Hava nəqliyyatında törədilmiş terror aktları 1. 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - AR Milli Məclisin deputatı, Dövlət katibi T. İsmayılov, Baş nazirin müavini millət vəkili Z. Hacıyev, Dövlət müşaviri millət vəkili M. Əsədov, Baş Prokuror İ. Qayıbov, millət vəkilləri V. Cəfərov və V. Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q. Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ. Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S. İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N. Cinkin, AR Dövlət katibinin köməkçisi R. Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşları, A. Mustafayev, A. Hüseynzadə və F. Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M. Lukaşov, və podpolkovnik V. Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S. Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur. 2. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur. 3. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur. Həlak olanlar: 104 nəfər Bakı metropolitenində törədilmiş terror aktları 1. 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 2. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan Respublikasının vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir. Həlak olanlar: 27 nəfər Yaralananlar: 91 nəfər Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı 1. 08 yanvar 1992-ci ildə «Krasnovodsk-Bakı» sərnişin bərəsi partladılmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır. Hesablamalara görə, indiyədək ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı 338 terror aktı törədilmişdir. Bu zaman həlak olanların sayı 881 nəfər, yaralananların sayı isə 1239 nəfər olmuşdur.
|